20 noyabr 2013 11:50

Yubiley oyunu (VİDEO)

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu həftə keçiriləcək 14-cü turun matçları ilə başa çatacaq. Azerisport.az xəbər verir ki, turun açılış oyunu noyabrın 22-də Qəbələdə baş tutacaq. 12 gündən sonra meydana çıxacaq Yuri Syominin yetirmələri öz meydanında AZAL-ı qəbul edəcək.
 
Mövsümün 6-cı turuna təsadüf edən 1-ci dövrənin oyununda rəqibini 2:1 hesabı ilə məğlub edən “Qəbələ” öz meydanında da 3 xal qazanmağa çalışacaq. “Qara-qırmızılar” üçün bu görüş “təyyarəçilər”ə qarşı yubiley matçıdı. Belə ki, rəqiblər indiyədək 19 dəfə görüşüb. 
 
20-ci duelə qədər “Qəbələ” ilə AZAL 15 dəfə Premyer Liqada, 4 dəfə kubokda görüşüblər. Cari mövsümdə uğursuzluq zolağına düşən və ardıcıl 8 turdur qələbə həsrətində olan bakılılar əyalət təmsilçisi ilə matçlarda üstünlüyə malikdir. Belə ki, paytaxt təmsilçisinin hesabında 8 qələbə var. 5 dəfə meydanı qalib kimi tərk edən Qəbələ klubu isə 6 dəfə də bərabərliklə kifayətlənib. Top fərqində də üstünlük paytaxt futbolçularının tərəfindədir – 28:15.
 
AZAL-la oyunlarda “Qəbələ”nin heyətində ən çox fərqlənən Kənan Kərimovdur. Onun hesabında 3 qol var. Kristian Torreslə Fərxad Hatəmi isə 2 qolun müəllifidi. Baş tutan matçlardakı yeganə avtoqol AZAL-da oynamış Alves dos Santosun hesabındadı. 
 
Bakılılarla qarşılaşmalarda 10-cu dəfə ev sahibi kimi olacaq “Qəbələ” 2007-ci ildən sonra qonaqlara məğlub olmayıb. İlk 2 dueldə uduzan “qırmızı-qaralar” ardıcıl 7 ev matçında ən azı 1 xal qazanıb. Qəbələdəki son 3 görüşdə isə qalib müəyyənləşməyib.
 
2006/07. Premyer Liqa
04.11.2006. Gilan (Qəbələ) - Olimpik (Bakı) - 0:3
Xaqani Məmmədov, 32, Yovan Drobnyak, 41, Vidadi Rzayev, 80
 
2006/07. Premyer Liqa
03.05.2007. Olimpik (Bakı) - Gilan (Qəbələ) - 3:1
Xaqani Məmmədov, 25, Pathe Banqura,  27, Namiq Əliyev, 62 – Vitali Balamestnı, 33
 
2007/08. Premyer Liqa
02.09.2007. Qəbələ - Olimpik (Bakı) - 0:1
Fərrux İsmayilov, 38
 
2007/08. Premyer Liqa
15.03.2008. Olimpik (Bakı) - Qəbələ - 2:0
Junivan Suares, 22, Fabio Luis Ramim, 80
 
2008/09. Premyer Liqa
18.10.2008. Olimpik (Bakı) - Qəbələ - 1:0
Revaz Qetsadze, 4
 
2008/09. Azərbaycan kuboku, ¼ final
25.02.2009. Qəbələ - Olimpik (Bakı) - 1:1
Kənan Kərimov, 67-p. - Bəşir Müqədi, 35-p.
 
2008/09. Azərbaycan kuboku, ¼ final
11.03.2009. Olimpik (Bakı) - Qəbələ - 0:1
Fərzad Hatəmi, 66
 
2008/09. Premyer Liqa
12.04.2009. Qəbələ - Olimpik (Bakı) - 1:1
Fərzad Hatəmi, 49 - Leandro Qomeş, 86
 
2009/10. Premyer Liqa
17.10.2009. Qəbələ - Olimpik-Şüvəlan (Bakı) - 2:1
Kənan Kərimov, 60; Alves dos Santos, 68 (avtoqol) - Anatoli Doroş, 55
 
2009/10. Azərbaycan kuboku, 1/8 final
04.11.2009. Olimpik-Şüvəlan (Bakı) - Qəbələ - 2:0
Anatoli Doroş, 73; 74
 
2009/10. Azərbaycan kuboku, 1/8 final
11.11.2009. Qəbələ - Olimpik-Şüvəlan (Bakı) - 1:0
Kənan Kərimov, 90-p. 
 
2009/10. Premyer Liqa
02.02.2010. Olimpik-Şüvəlan (Bakı) - Qəbələ - 0:2
Kristian Torres, 11; 43
 
2010/11. Premyer Liqa
23.10.2010. Qəbələ - AZAL (Bakı) - 0:0
 
2010/11. Premyer Liqa
19.12.2010. AZAL (Bakı) - Qəbələ - 2:2
Qvidas Yuska, 45+5; Robert Petrov, 90 - Arif İsayev, 3; Milan Antiç, 19
 
2011/12. Premyer Liqa
19.08.2011. Qəbələ - AZAL (Bakı) - 1:1
Deon Barton, 50 - Viktor İqbekoyi, 43
 
2011/12. Premyer Liqa
05.11.2011. AZAL (Bakı) - Qəbələ - 3:0
Tales Şütz, 49; 68; Tərlan Xəlilov, 90+1
 
2012/13. Premyer Liqa  
29.09.2012. Qəbələ - AZAL (Bakı) - 0:0
 
2012/13. Premyer Liqa
03.03.2013. AZAL (Bakı) - Qəbələ - 6:1
Viktor İqbekoyi, 17; Cavid Tağıyev, 47; 60; Branislav Arsenyeviç, 71; Zohair Benouahi, 77, Con Olufemi, 90+3 - Mustafa Dabo, 12
 
2013/14. Premyer Liqa
15.09.2013. AZAL (Bakı) - Qəbələ - 1:2
Con Oluremi, 3 - Viktor Mendi, 6, Daniyel Subotiç, 30

Sonda "Qəbələ"nin AZAL-la son görüşündən hazırlanmış videoreportajı təqdim edirik:
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.