20 noyabr 2013 11:15

Ramaldanov: Milli növbəti tsikldə daha ciddi hədəflər üçün mübarizə aparmalıdı

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
 
- Qırğızıstanla oyunu necə qiymətləndirirsiz?
- Çətin oyun oldu. Xüsusilə də meydançanın durumu baxımından. Qazon çox acınacaqlı vəziyyətdə idi.
 
- Müdafiə xəttinin işinin bu qədər çox olacağını gözləyirdiz?
- Düzünü deyim ki, meydançanın vəziyyətini görən kimi başa düşdüm ki, bizim istədiyimiz oyunu göstərməyimiz mümkün olmayacaq. Yəni öncədən də belə olacağı hardasa məlum idi.
 
- Axı qırğızlar da eyni şərtlər altında oynayırdılar...
- Elədi. Mən də bunu söyləməklə özümüzə haqq qazandırmıram. Əksinə, Azərbaycanda da vaxtilə belə şəraitdə çox oynamışıq. Amma bu, çox əvvəllər olub.
 
- Qolsuz heç-heçə normal nəticədi?
- Bu, bizim üçün çox pis nəticədi. Çünki oyunun sonlarında bizim qol vurmaq üçün bir neçə yaxşı şansımız oldu. Sadəcə, yararlana bilmədik. Görünür, meydana, şəraitə uyğunlaşmağımız üçün bir saat lazım imiş.
 
- Bu oyunun baş məşqçi Berti Foqtsun rəhbərliyi altında sonuncu olması istisna deyil. Amma komandanın almaniyalı mütəxəssis üçün vuruşduğu o qədər də hiss olunmurdu...
- Biz öz ölkəmiz üçün mübarizə aparırıq, Foqts üçün yox. Foqtsun qalıb-qalmayacağına isə biz qərar vermirik.
 
- Sizcə, yığmamız növbəti seçmə mərhələdə daha ciddi məqsədlər üçün mübarizə aparmağa hazırdı?
- Fikrimcə, hə. Sizi bilmirəm, amma mən komandamızda inkişaf olduğunu düşünürəm. Ona görə də növbəti seçmə mərhələdə qarşımıza daha ciddi hədəflər qoymalıyıq.
 
- "Xəzər Lənkəran" bu mövsüm hansı hədəflər uğrunda mübarizə aparacaq?
- Biz həmişə yüksək yerlər uğrunda mübarizə aparmışıq. Bu mövsüm də istisna olmayacaq. Baxmayaraq ki, liderlərlə xal fərqimiz çoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.