20 noyabr 2013 18:43
UEFA rəsmisi Premyer Liqa klublarının nümayəndələri ilə görüş keçirdi (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin meneceri Sefton Perrinin "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Simurq", AZAL, "Qəbələ" və "Bakı" klublarının nümayəndələri ilə ayrı-ayrılıqda görüşü keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə klubların 2012-ci il üçün maliyyə hesabatları barədə fikir mübadiləsi aparılıb, maliyyə Fair Play-i və klubların gələcək fəaliyyət strategiyası müzakirə olunub. (AFFA)
