20 noyabr 2013 18:27
Vitali Borisov Arazın ilk matçını buraxa bilər
Futzal üzrə Azərbaycan çempionu "Araz"ın liderlərindən olan Vitali Borisov UEFA Kubokunun sabah start götürəcək elit raundunda ilk oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, təcrübəli futzalçı Hollandiya "Eyndhoven"i ilə görüş öncəsi zədədən əziyyət çəkir.
Düzdü, Borisovun zədəsi o qədər də ciddi deyil. Amma istənilən halda onun sabahkı oyunda meydana çıxması hələlik sual altındadı.
