20 noyabr 2013 17:46

Bakı - Xəzər Lənkəran: Prevyu

Milli komandaların oyunları ilə bağlı yaranan fasilə sona çatdı. Azerisport.az xəbər verir ki, bu həftə “Xəzər Lənkəran”ı növbəti paytaxt səfəri gözləyir.
 
"Ağ-yaşıllar" cümə günü “Bakı”nın qonağı olacaq. "Xəzər Lənkəran"ın rəsmi saytı bu oyun öncəsi maraqlı məqamları açıqlayıb.
 
Çempionatda balans
 
İndiyə qədər bu iki komanda ölkə çempionatında 25 oyun keçirib. Tərəflərin hərəsi 7 dəfə meydandan qalib ayrıldığı halda, ən çox qeydə alınan nəticə heç-heçə olub. “Xəzər Lənkəran” və “Bakı” 11 çempionat oyununda meydandan sülhlə ayrılıb. Vurulan qollarda isə cənub klubunun üstünlüyü var – 26:22.
 
Ağır səfər
 
Statistika “Bakı” ilə səfər oyunlarının “Xəzər” üçün çətin keçdiyini göstərir. Çempionat çərçivəsində bu rəqibin meydanında baş tutan 12 oyunda XL 7 dəfə heç-heçə edib, 4 dəfə məğlub və yalnız bir dəfə qələbə qazanıb.
 
Oxşar nəticələr
 
“Xəzər Lənkəran” və “Bakı”nın hazırkı mövsümdə son matçlarının statistikasında bir çox oxşarlıqlar var. Belə ki, hər iki komanda Premyer Liqanın son 5 turunda bir qələbə qazanıb, iki heç-heçə edib və iki dəfə məğlub olub.
 
Həm cənub, həm paytaxt klubu bu turlar ərzində yeganə qələbəni “Simurq” üzərində qazanıb. Bundan əlavə, bu həftə üz-üzə gələcək rəqiblər ötən beş matç ərzində yalnız bir dəfə qolsuz heç-heçə etməklə qapısını toxunulmaz saxlayıb.
 
Digər məqamlar
 
Geridə qalan turlar ərzində 7 dəfə qapısından 2 və daha çox qol görən “Bakı” digər tərəfdən çempionatda vurduğu qolların sayına görə yalnız “Qarabağ”dan geri qalır - 22.
 
Komandaların bu mövsüm 6-cı turda Lənkəranda baş tutan qarşılaşması “Xəzər Lənkəran”ın Premyer Liqada ilk qələbəsi, klub tarixində 400-cü çempionat qolu, Mbilla Etamenin ilk qolu və dublu ilə yadda qalmışdı.
 
Topaz Premyer Liqası
14-cü tur
22 noyabr
 
14:00. “Bakı” – “Xəzər Lənkəran”.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Canlı yayım: “İdman Azərbaycan”.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.