20 noyabr 2013 16:16

Julius Vobay: Neftçi mənim üçün karyeramın zirvəsidi

“Neftçi” digər klublarda icarə əsasında çıxış edən futbolçularını hər zaman diqqətdə saxlayır. Azerisport.az xəbər verir ki, bu dəfə BƏƏ-nin “Əl Şaab” klubunda forma geyinən Julius Vobay klubun rəsmi saytına müsahibə verib:
 
- Mövsümün əvvəlindən BƏƏ-nin “Əl Şaab” klubunda oynayırsan. Yeni mühitə və komandaya uyğunlaşa bilmisən?
- Düzünü desəm, bura ilk gəldiyim günlər Bakı üçün və oradakı dostlarım üçün daha çox darıxırdım. Yeni insanlarla münasibət qurmağa vaxt lazım idi. Bildiyimə görə buradakı oyunumu Azərbaycanda da maraqla izləyirlər. Sevinirəm ki, məxsus olduğum “Neftçi” klubu da məni daim nəzarətdə saxlayır. Komandamın rəsmi internet səhifəsində burada vurduğum qollar və ötürmələr yerləşdirilmişdi. Həqiqətən bu məni çox ruhlandırır və qürurlandırır. Azərbaycanla BƏƏ-nin təbiəti fərqlidir. Müsəlman olduğum üçün həm Bakıda, həm də burada özümü rahat hiss edirəm. BƏƏ-də müxtəlif millətlərin nümayəndələri var deyə ortaq dil kimi ingilis dili işlənir və buna görə də ünsiyyət problemi yaşamadım. Yeni komandamda da çoxlu dostlarım var.
 
- “Neftçi”nin səninlə daim maraqlandığını dedin, sən necə komandanın oyununu izləyə bilirsənmi?
- Əlbəttə ki, “Neftçi”nin oyunlarından əsas məqamları internet vasitəsilə izləyirəm. Sevinirəm ki, bizimkilər indi də çempionatın liderlər qrupundadır. Etiraf eləmək lazımdı ki, Azərbaycan çempionatında mübarizə getdikcə çətinləşir. Amma mənim favoritim təbii ki, “Neftçi”dir. Komandada güclü rəqabətin olduğu hiss edilir. Ötən mövsüm mən oynadığım mövqedə, bu il Araz Abdullayev meydana çıxır. Komandaya nə qədər xeyir verdiyi də göz qabağındadır. Nforun da gözəl oyunu bir Afrikalı kimi məni sevindirməyə bilməz. “Neftçi” ən çətin anlarda belə toparlanmağı bacaran komandadı inanıram ki, 4-cü çempionluğu qazanacaq. Bildiyimə görə komandaya yeni baş məşqçi təyin edilib. Nazim Süleymanova da işlərində uğurlar arzulayıram.
 
- BƏƏ-nin çempionatının səviyyəsi necədir və komandanızın çıxışı barədə nə deyə bilərsən?
- Mübarizə baxımından BƏƏ-nin çempionatı Azərbaycan Premyer Liqasına çox bənzəyir. Burada da futbolçular daha çox texnikalı, fərdi oyuna üstünlük verilir. Elə “Neftçi”nin özündə elə futbolçular var ki, burada rahatlıqla çıxış edə bilərlər. Dediyim kimi bir az hava şəraiti fərqlidir amma ona da uyğunlaşarlar. Demək olar ki, hər oyunda iştirak edirəm və deyim ki, pis də alınmır. Mən çempion komandada çıxış etmişəm və hazırki vəziyyətlə razılaşa bilmərəm. Komanda olaraq hələlik istədiyimiz nəticələri qazana bilməmişik. Rəqibdən üstün olduğumuz bəzi oyunlarda sadəcə bəxtimiz gətirməyib. Fikrimcə növbəti oyunlarda qələbə qazanaraq turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracağıq.
 
- Vobay “Neftçi” azarkeşlərinin sevimli futbolçularından biri olub və indi də belədir. Bəs “Əl Şaab” tərəfdarlarının sənə münasibəti necədir?
- Harada oynamağımdan asılı olmayaraq çalışıram ki, azarkeşlərin sevgisini qazanım. Əgər onlar səni qəbul etmirsə komandaya xeyrin dəyə bilməz. “Neftçi”də azarkeşlərin bu dəstəyini qazana bilmişdim. İndi Bakıdan çox uzaqdayam amma komanda yoldaşlarımla yanaşı azarkeşlər də məni unutmurlar.
 
- Vobay “Neftçi” ilə qazandığı uğurların davamını gətirmək istəyirmi?
- Niyə də yox. “Neftçi” mənim üçün karyeramın zirvəsidi. Üstəlik müqavilə ilə “Neftçi” PFK-ya məxsusam. Amma təkcə mənim qərar verməyim kifayət deyil. Mövsümün sonunda “Əl Şaab” klubu ilə icarə müddəti başa çatır. Bundan sonra karyeramı harada davam etdirəcəyimə də “Neftçi” PFK qərar verəcək. Şəxsi fikrimi bilmək stəyirsinizsə, təbii i, “Neftçi” ilə avrokuboklarda yeni tarix yazmaq istəyirəm. Həmin hissəri təkrar yaşamaq çox gözəl olardı. Bunun üçün gərək daim ideal formada olasan. Fürsətdən istifadə edib bir daha bütün Azərbaycana salamlarımı yollayıram. İnanıram ki, “Neftçi” mövsümün sonunda çempion olacaq və mən də qayıdıb komandam üçün avrokuboklarda əlimdən gələn köməyi edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.