20 noyabr 2013 15:03
Yuri Syomin: AZAL-la oyunda xal itirməyimizi istəmirəm
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 14-cü turunun AZAL-la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"AZAL fiziki cəhətdən yaxşı hazırlığa malik komandadı. Onlar müdafiədə yaxşı təsir bağışlayırlar. Sıradan rəqib deyil. Buna görə də bizə asan olmayacaq. Bizim iki müdafiəçimiz yığma komandaya yollanmışdı. Daha iki futbolçumuz zədəlidi. Bu üzdən heyətdə müəyyən dəyişikliklər olacaq. Hələ hazırlıq üçün üç günümüz var. Mümkündü ki, zədəlilərimiz də sıraya dönsün və optimal heyətlə oyanayaq. İstənilən halda AZAL-la görüşdə xal itirməyimizi istəməzdim".