20 noyabr 2013 14:09

Mindauqas Kalonas: Qışda Bakıdan ayrıla bilərəm

Futbol üzrə Litva yığmasının və "Bakı"nın hücumçusu Mindauqas Kalonasın azerisport.az saytına müsahibəsi
 
- Litvada 2013-cü ilin futbolçusu seçiləndən sonra özünüzü necə hiss edirsiz?
- (gülür) Normal. Bu, Litvada bir futbolçunun ala biləcəyi ən yaxşı tituldu. Şadam ki, bu ada mən layiq görüldüm. Futbol adamları, məşqçilər, futbolçular və azarkeşlərin birgə rəyi belə oldu.
 
- Sizcə, bu səsvermədə sizin yığmadakı, yoxsa "Rəvan" və "Bakı"dakı çıxışınız nəzərə alınıb?
- Hər şey nəzərə alınıb. Mənim həm yığmada, həm "Rəvan"da, həm də "Bakı"da uğurlu oyunlarım oldu. 2013-cü ildəki çıxışıma qiymət verən hər kəsə təşəkkürümü bildirirəm.
 
- Litva futbol ictimaiyyəti Azərbaycan çempionatını izləyir?
- Belə çıxır ki, izləyirlər. Axı Azərbaycan Premyer Liqası maraqlı birincilikdi. Üstəlik, orda litvalı futbolçular da çıxış edirlər. Mənim də oyunumu diqqətdən kənarda saxlamırlar.
 
- Bəs Litvanın ən yaxşı futbolçusunun son dövrlər "Bakı"da heyətə düşə bilməməsi nə dərəcədə normaldı?
- Əlbəttə, bu, normal deyil. Bu, ürəyimcə deyil. Amma mən baş məşqçinin işlərinə qarışa bilmərəm. Çünki komandanın nəticələrinə o cavabdehdi. Bütün bunların nə dərəcədə düzgün olub-olmadığını zaman göstərəcək.
 
- Ehtiyat oyunçu statusunuzla barışmısız?
- Təbii ki, barışmamışam. Mən ehtiyatda oturmaq istəmirəm. Məşq etməyə, isbatlamağa çalışacağam ki, əsas heyətdə oynamağa layiqəm.
 
- Bəs qış fasiləsinə qədər buna nail ola bilməsəz?
- O zaman "Bakı"dan ayrılmalı olacam. Mən bu kluba ehtiyatda oturmaq üçün gəlməmişəm. Bununla özümü aldada bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.