20 noyabr 2013 13:25
Millimizin forvardı Almaniya klubundan ayrılır
Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Toğrul Erat Almaniyanın "Fortuna" klubu ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, onun Düsseldorf təmsilçisi ilə müqaviləsinin müddəti qışda başa çatacaq.
Yığmamızın üzvü isə indiki klubu ilə yeni anlaşma imzalamaqda maraqlı deyil. Eratın bir sıra başqa klublardan, eləcə də Azərbaycan Premyer Liqasının bəzi üzvlərindən təklif aldığı bildirilir.
