20 noyabr 2013 01:11
Azərbaycan yığması AÇ-də qrup autsayderi oldu
21 yaşadək gənclər arasında AÇ-2015-in təsnifat mərhələsinin 8-ci qrupunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın da daxil olduğu bu qrupda Makedoniya yığması evdə Norveç yığmasına 1:3 hesabı ilə məğlub olub.
Bu qələbə sayəsində Norveç yığması Makedoniya və Azərbaycan komandalarını qabaqlayıb və Azərbaycan yığması sonuncu sırada yer alıb.
Komandaların qrupda vəziyyəti: Portuqaliya - 12 xal (4 oyun), İsrail - 9 xal (5 oyun), Norveç - 6 xal (6 oyun), Makedoniya - 4 xal (4 oyun), Azərbaycan - 4 xal (5 oyun).
