20 noyabr 2013 12:59
Nasimov Özbəkistan millisini Asiya Kubokunun final mərhələsinə daşıdı
“Neftçi”nin futbolçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, hücumçunun komandası Asiya çempionatının seçmə mərhələsində Honkonq yığması ilə qarşılaşıb.
Bu matçda özbəkistanlılar 2 cavabsız qolla qələbə qazanıblar.
Nasimov bu matçın 46-cı dəqiqəsində meydana çıxıb. Komandası qələbə gətirən qollara da məhz onun meydanda olduğu dəqiqələrdə imza atıb.
Bu qələbə Özbəkistan yığmasının Asiya Kubokunun final mərhələsinə vəsiqə qazanması ilə nəticələnib.
