19 noyabr 2013 00:47
Bakının yarımmüdafiəçisi Litva yığmasında qol vurdu
"Bakı"nın yarımmüdafiəçisi Mindauqas Kalonas Litva yığmasının heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, Moldova ilə yoldaşlıq görüşünün iştirakçısı olub.
Səfərdə keçirilən oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol vurublar.
Qeyd edək ki, oyunda hesabı birinci hissədə məhz Kalonas açıb. Amma ikinci yarıda meydan sahibləri hesabı bərabərləşdirə biliblər.
Xatırladaq ki, Kalonas bir neçə gün öncə Litvada ilin futbolçusu seçilmişdi.
