19 noyabr 2013 12:46
Sumqayıt Simurqla oyuna tam heyətlə hazırlaşa bilmir
Ötən həftə "İnter"lə yoxlama oyunu keçirən "Sumqayıt" bir günlük istirahətin ardından "Simurq"la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, yüngül zədəsi olan Ruslan Nəsirli və Bəxtiyar Həsənalızadə fərdi məşqlərlə kifayətlənir.
U-21-in düşərgəsindən qayıdan Elşən Abdullayev, Kərim Diniyev, Slavik Alxasov və Nurlan Novruzov da son məşqdə iştirak edib. A millidə yer alan Anar Nəzirov, Vurğun Hüseynov və Pərdis Fərcad-Azad isə hazırlıqlara nisbətən gec qoşulacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu noyabrın 22-də, saat 17:00-da yeni meydançada start götürəcək.
