19 noyabr 2013 00:32
Abışov da Qırğızıstanla matçı buraxa bilər
Futbol üzrə Azərbaycan yığması Qırğızıstanla oyuna daha bir ciddi itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, komandamızın liderlərindən biri Ruslan Abışovun Bişkekdəki görüşü buraxmaq təhlükəsi yaranıb.
O, ötən gün yığmamızın axşam məşqi zamanı ayağından zədələnib. Həkimlər hazırda Abışovun oyun saatına qədər sağalmasına çalışırlar. Ruslanın oynayıb-oynamayacağı matç ərəfəsində məlum olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Qırğızıstanla oyunda aparıcı futbolçulardan Rəşad Sadıqov, Kamran Ağayev, Əfran İsmayılovun da xidmətindən yararlana bilməyəcək. Ruslandan fərqli onlar hazırda yığmamızın düşərgəsində də deyillər.
