19 noyabr 2013 12:21
Elnur Allahverdiyev: Əgər Berti Foqts istəsə, buyursun
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev Qırğızıstan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu ərəfəsində azerispor.az sayrının müxbirinin suallarını cavablayıb.
Komanda Bişkekə hansı əhvalda gəlib?
Əvvəlki oyunda məğlubiyyət rəğmən, biz bura yaxşı əhvalda gəlmişik. Qırğızıstan yığmasını məğlub etmək lazım gəldiyini bilirik. Necə olmasa da, ii qələbə ilə başa vurmaq istəyirik.
Qırğızıstan yığması haqda nə deyə bilərsiniz?
Rəqibə hörmətlə yanaşırıq. Çoxları deyir ki, onlar zəifdir. Ancaq beynəlxalq səviyyədə zəiflər olmur. Iki ylğma oynayacaq. Ümid edirəm ki, biz qələbə qazana biləcəyik. Bu, bizim məqsədimizdir. Buna çatmaq istəyirik.
Tallində baş verənlərdən Bişkekə gələnə qədər nəticə çıxardınız?
Estoniya yığmasını məğlub edəcəyimizə inanırdıq. Ancaq elə alındı ki, məğlub olduq. Deməzdim ki, pis oynadıq. Sadəcə, ikinci hissədə bir neçə səhv buraxdıq. Bütün səbəblər də bundadır.
Oyunun ikinci yarısında siz müdafiənin mərkəz zonasına keçdiniz. Rahat idi?
Mən az da olsa, əvvəllər oynamışdım. Bu, məşqçinin qərarıdır. Əgər o, belə düzgün olduğunu hesab edirsə, deməli, bu, belədir. O, bilən məsləhətdir. Ən xeyirlisini etməyə çalışırdı.
Bə Berti Foqts qərara alsa ki, siz orada daim oynamalısınız?
Mənim mövqeyim sol cinahdır. Əgər məşqçi istəsə, buyursun.
Yoldaşlıq oyununa köklənmə təsnifat oyunlarından fərqlənir?
Fərq var. Seçmə mərhələnin astanasında ajiotaj və köklənmə başqadır. Ancaq bu, oyuna təsir etməməlidir. Ancaq bu, bizim işimizdir. Biz peşəkarıq. Əks halda, biz öz işimizə ciddi yanaşmış olmarıq.
