19 noyabr 2013 12:12

"Etiraf etmək lazımdı ki, onların səviyyəsi bizdən yüksəkdi"

Fransanın Lans şəhərində təlim-məşq toplanışını davam etdirən "Bakı"nın U-15 komandasının üzvləri gündə 2 dəfə məşqə çıxaraq, texniki-taktiki fəndlər və fiziki hazırlıqla çalışmalarını sürdürürlər. Azerisport.az xəbər verir ki, asudə vaxtlarını mədəni proqram çərçivəsində ekskursiya və görüşlərə ayıran gənc futbolçular uyğunlaşma dövrünü geridə buraxıblar.
 
Bugünlərdə komanda daha bir yoldaşlıq oyununda gücünü sınayacaq. Qeyd edək ki, ilk iki oyunda məğlub olan U-15-in üzvləri növbəti qarşılşmaya ciddi hazırlaşırlar. Gənc futbolçular qarşıdan gələn yoxlama oyunu öncəsi, eləcə də Fransa səfəri barədə klubun rəsmi saytına açıqlama veriblər.
 
Elxan Həsənli (qapıçı): "İlk dəfədi ki, belə təlim-məşq toplanışı keçiririk. Lansda bizi çox yaxşı qarşıladılar və hazırlıq keçməyimiz üçün bütün şərait yaradılıb. Onu qeyd edim ki, Lans mükəmməl infrastruktura malikdi, məşqlər üçün ideal imkanlar var. Uşaqlar əzmkarlıqla və həvəslə çalışırlar. Diqqət çəkən budu ki, fransalı həmyaşıdlarımız bir qədər fərqli məşqlər edirlər. Etiraf etmək lazımdı ki, onların səviyyəsi bizdən yüksəkdi. İlk iki oyunda məğlub olsaq da, bu, bizi ruhdan salmır. Əksinə, daha da həvəsləndirir. Çalışacağıq ki, 3-cü oyunda daha yaxşı nəticə əldə edək".
 
Ağakərim Rəhimov (yarımmüdafiəçi): "Fransada məşq keçmək özü-özlüyündə bir xatirədi. Klubumuzun prezidenti cənab Hafiz Məmmədova bütün kollektivimiz adından təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də, burada gördüklərimiz komandamızın inkişafında önəmlidi. Arzu edərdim ki, digər yaş qrupları üzrə komandalarımız da bu imkanlardan yararlansınlar. Fransada hazırlıq keçsinlər və yoxlama oyunlarında güclərini sınasınlar. Belə oyunlarda çatışmayan cəhətlərimiz üzə çıxır və məşqçilərimiz onların aradan qaldırılması baxımından əlavə məlumat əldə edirlər".
 
Hilal Fərmanlı (müdafiəçi): "Sərbəst vaxtlarımızı səmərəli keçirmək üçün xüsusi mədəni proqram tərtib olunub. Demək olar ki, komandamızda yüksək əhval-ruhiyyə hökm sürür. Fransa futbolda dünyanın ən irəlidə gedən ölkələrindən biridi. Onlardan çox şey öyrənməliyik. Futbol yalnız meydanda çıxıb mübarizə aparmaq deyil. Burada kollektiv amili, psixoloji hazırlıq böyük rol oynayır. İlk yoxlama oyunlarında böyük həyəcan var idi. Tədricən, buna alışırıq və çalışacağıq ki, daha yaxşı oyun göstərək. Klubumuzun rəhbərliyinə, şəxsən prezidentimiz Hafiz Məmmədova çox sagol demək istəyirik ki, bizim üçün belə bir şərait yaradıb. Söz verirəm ki, bunun qarşılığını öz nəticələrimizlə verəcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.