19 noyabr 2013 00:12

İlin son sınağı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti, eyni zamanda 2013-cü ildəki son matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız yoldaşlıq oyunu çərçivəsində Qırğızıstanın qonağı olacaq.
 
Bəribaşdan qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Qırğızıstan bundan öncə bir dəfə Azərbaycan yığmasına rəqib olub. Yığmamız tarixi ərzində 2-ci dəfə bu rəqiblə görüşəcək. Əvvəlki yeganə qarşılaşma 2007-ci ilin 11 martına təsadüf edib. Çimkənddə keçirilən beynəlxalq turnir çərçivəsində qarşılaşan komandaların duelində qələbə Azərbaycan futbolçularına qismət olub - 1:0.

Qırğızıstan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 150-ci yeri tutur. Göründüyü kimi, qırğızlarla müqayisədə reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 88-ci pillədə qərarlaşıb) bir qədər irəlidədi. Amma bu, Bişkekdəki görüşdə asan qələbə qazanacağımızdan xəbər vermir.
 
Düzdü, rəqib səviyyə baxımından komandamızdan zəif ola bilər. Lakin görüşün Bişkekdə keçirildiyini nəzərə alsaq, qırğızların da müəyyən üstünlükləri olacaq. Komandamız cəmi bir neçə gün öncə Tallində Estoniya ilə də qarşılaşdığından futbolçularda müəyyən yorğunluq özünü göstərə bilər. Üstəlik, bu oyunda hesabı açmalarına baxmayaraq, sonda məğlubiyyətlə (1:2) üzləşmələri də millimizin üzvlərinə pis təsir edib. Bütün bunlar azmış kimi, heyətlə də bağlı problemlər var. Kamran Ağayev, Rəşad Sadıqov, Əfran İsmayılov kimi aparıcı milli üzvləri zədə səbəbindən ilin son oyunlarında komandamıza kömək edə bilmirlər.
 
Qırğızıstan millisinə Sergey Dvoryankov başçılıq edir. 44 yaşlı məşqçi 2012-ci ilin sentyabr ayından etibarən bu yığmanı çalışdırır. Rusiyalı mütəxəssis yığmadan öncə Qırğızıstanın "Dordoy" klubunda işləyib və bu komanda ilə bir neçə dəfə çempion olub, ölkə kubokunu qazanıb. Məhz bu uğurlarından sonra qırğızlar yığmanı ona tapşırıblar.

Bugünkü matç Azərbaycan millisinin 2013-cü ildə 12-ci oyunu olacaq. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. Qətərlə səfərdə keçirdiyi yoxlama oyununda heç-heçəyə (1:1) razılaşan Foqtsun yetirmələri Maltanı Bakıda 3 cavabsız qolla yendilər. Rəsmi oyunlara gəlincə, Lüksemburqla iki heç-heçə (səfərdə 0:0, evdə 1:1) yanaşı Portuqaliyaya məğlubiyyət (0:2) var. İsraillə səfər, Rusiya ilə ev oyunu 1:1 hesabıyla bitmişdi. Şimali İrlandiya ilə qarşılaşmada isə qələbə qeydə alınmışdı – 2:0. Nəhayət, bu ilin sonuncudan əvvəlki oyununda Estoniyaya məlum 1:2 hesablı yenilgimiz var.

Bişkekdəki matç yığmamızın almaniyalı baş məşqçisinin bu postda son oyunu ola bilər. Müqaviləsinin müddəti bu ilin sonunda bitəcək mütəxəssisin postunda qalıb-qalmaması hələ də bilinmir. AFFA onunla yolları ayırmağa qərar versə, almaniyalı mütəxəssisin yığmamızdakı 6 illik fəaliyyəti bu matçla yekunlaşmış olacaq. Bir sözlə, 2008-ci ilin martından yığmamıza rəhbərlik edən Foqts üçün bu görüş vida matçı da ola bilər.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 203-cü matçına çıxacaq. İndiyəqədərki oyunların 37-də qələbə qazanmışıqsa, 54-də də heç-heçə ilə təsəlli tapmışıq. 111 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 145 qol vurduğumuz halda, öz qapımızdan 346 top çıxarmışıq.
 
Yoldaşlıq oyunu
19 noyabr
 
13:00. Qırğızıstan - Azərbaycan
Hakimlər: Artyom Kuçin, Sergey Vassyutim, Serik Jappasbayev (hamısı Qazaxıstan).
Bişkek. Dolen Omurzakov adına şəhər stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.