19 noyabr 2013 00:06
PFL 14-cü turun bir oyununun tarixini dəyişdirdi
“Qəbələ” futbol klubunun bir neçə futbolçusunun milli komandaların heyətlərində beynəlxalq yoldaşlıq görüşlərində iştirakını nəzərə alaraq Topaz Premyer Liqasının 14-cü turunun “Qəbələ” – AZAL oyunu ilə bağlı dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən qarşılaşma 21 noyabr tarixindən 22 noyabr tarixinə keçirilib.
