19 noyabr 2013 10:55
Ruslan Abışov: Bişkekdəki meydanın vəziyyəti bizə öz oyunumuzu oynamağa mane ola bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibəsində Qırğızıstan yığmasına qarşı keçiriləcək oyundan danışmaqla yanaşı, Estoniya yığmasına məğlubiyyəti də (1:2) xatırlayıb.
Qırğızıstana qarşı oyundan nə gözləyirsiniz?
Bizə üçün kimə qarşı oynamaq əhəmiyyətli deyil. Bizə istənilən halda qələbə gərəkdir. Mən Bişkekdəki oyunu Rusiya, Şimali İrlandiya, Portuqaliyaya qarşı oyun kimi səbirsizliklə gözləyirəm. Qələbə qazanmalı və Bakıya yaxşı əhvalda dönməliyik.
Meydanın vəziyyəti necədir?
Təəssüf ki, meydan bizə öz oyunumuzu oynamağa imkan verməyəcək. Ardıcıl iki ötürmə vermək çox çətindir. Son məşqdə kiçik bir zədə aldım, ayağım burxuldu. Oynaya biləcəyimi bilmirəm. Buna baxmayaraq bizə ili qləbə ilə başa vurmaq lazımdır.
Estoniya ilə oyun haqda nə deyə bilərsiniz?
Ancaq onu deyə bilərəm ki, biz uduzmamalı idik. Bir qədər aqressiv oynasaydıq, ən azından heç-heçəyə ümid edə bilərdik.
İkinci hissdə komandaya nə oldu?
Özüm də başa düşmədim. Biz qələbəni estonlara sanki hədiyyə etdik. Axı onlar bizi heç nədə üstələmirdilər. Sadəcə, bizdən azca çox qələbə istəkləri vardı. Bir sözlə, mən çox məyusam.
Bütün bu təcrübələrdə oynamaq nə qədər öyrəncəli idi?
Bu, yoldaşlıq oyunudur və baş məşqçinin öz oyunçularını yoxlamaq imkanı var. Bu, normaldır.
Komandanın aparıcı oyunçularını əvəzləmiş oyunçuları necə qiymətləndirirsiniz?
Onların yaxşı çıxış etməsinə baxmayaraq, daha təcrübəli oyunçuların yoxluğu hiss olunurdu.
Oyun qurucusunun yoxluğu kimi?
Bəli. Azərbaycan yığmasında klassik “on nömrə”nin yoxluğu bizim işimizi çətinləşdirir. Əgər bizim belə bir futbolçumuz olsa, “dayaqçı”ların işi daha da asanlaşar.
Sizin oyuna müdafiəçi kimi başlayıb on dəqiqə sonra öyrəşdiyiniz dayaq zonasına qayıtmağınız nə ilə bağlı idi?
Əgər siz diqqət etdinizsə, rəqib mərkəzi ələ aldı. Bizim isə hücumların təşkili ilə çətinliyimiz vardı. Bunu görən baş məşqçi taktiki yerdəyişmə etmək lazım gəldiyini qərara aldı.
