19 noyabr 2013 22:22

Ufuk Budak: Hakim sadəcə "zirvədə" idi

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak Qırğızıstan yığmasına qarşı keçirilmiş yoldaşlıq görüşündəki heç-heçəyə (0:0) azerisport.az saytına müsahibəsində şərh verib.
 
Oyun haqda nə deyə bilərsiniz?
Bu gün biz çox pis qazonda oynadıq. Belə meydanda çətin oyun olacağını təxmin edirdik. Belə şəraitdə ümumiyyətlə futbol oynamaq olmaz. Buna baxmayaraq ikinci hissədə rəqibin qapısına yol tapmaq üçün kifayət qədər vəziyyətlərimiz oldu. Təəssüf ki, tapşırığın öhdəsindən gələ bilmədik. nəticədə heç-heçə oldu. Daha heç nə əlavə edə bilmərəm.
 
Qırğızıstan yığması ilə heç-heçə - bu, Azərbaycan yığmasının səviyyəsidir?
Biz öz imkanlarımızdan aşağı oynadıq, səviyyəmizdən aşağı. Öz qiymətimizi saldıq və ikinci ilə sinfidə qaldıq. Biz belə oynamamalıyıq, haqqımız yoxdur.
 
Siz dayaq zonasında Taşkın İlteri əvəzlədiniz...
Bəli, mən alışmadığım mövqedə oynayırdım. Kənardan necə göründüyünü deyə bilmərəm, ancaq layiqli görünməyə cəhd edirdim. Bir neçə dəfə hücumlara qoşuldum.
 
Yəni, öz oyununuzdan razısınız?
Bunu deyə bilmərəm. Çünki hamı pis oynadı. Bütün komanda ifadəsiz idi.
 
Qırğızları məğlub etməyə ancaq pis meydan səbəb oldu?
Tək bu yox. Hakim sadəcə "zirvədə" idi. O, hər şeyi sadəcə “gözəl” mühakimə etdi. Görən, belələrini haradan tapırlar?
 
Belə oyundan sonra siz mütəmadi olaraq milliyə qoşulmağa ümid edirsiniz?
İnşallah. Həmişə Azərbaycan yığmasının sıralarında olmaq istərdim. Məşqçi müəyyən qərar verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.