19 noyabr 2013 20:45
Rüfət Dadaşov: Qol vurmamağıma təəssüflənirəm
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Qırğızıstan yığmasına qarşı keçirilmiş yoldaşlıq görüşündəki heç-heçəyə (0:0) şərh verib. Azerisport.az xəbər verir ki, Dadaşov bunları söyləyib:
“Qolsuz heç-heçə bizim üçün pis nəticədir. Qələbə qazanmaq istəyirdik. Qol vəziyyətləri yaratdıq, ancaq qol vura bilmədik. Bunsuz qalib gəlmək olmaz. Təəssüf edirəm ki, qol vura bilmədim”.
