19 noyabr 2013 19:45
Subaşiç Trabzona yollanacaq
Azərbaycan yığmasının və “Orduspor”un hücumçusu Branimir Subaşiç futbol üzrə Türkiyə Birinci divizionun 14-cü turunda oynaya bilər. Azerisport.az xəbər verir ki, Branimir Subaşiç ötən tur oyununu zədə səbəbi ilə buraxmalı olmuşdu.
Hazırda Subaşiç fərdi proqramla məşq edir. Futbolçunun sözlərinə görə bu, ona “Trabzon 1461”-ə qarşı forma geyməyə mane olmamalıdır.
Qeyd edək ki, oyun noyabrın 23-də Trabzonda keçiriləcək.
