19 noyabr 2013 19:25
Pərdiz Fərcad-Azad: Mən Azərbaycanı heç vaxt təhqir etmərəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Pərdis Fərcad-Azad Estoniya ilə yoldaşlıq matçından öncə dövlət himnimiz səslənərkən saqqız çeynəməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Mən heç vaxt Azərbaycanı təhqir etmərəm. Belə bir şey mənim heç ağlımdan da keçməyib. Sadəcə, himnin başladığını başa düşməmişdim. Mən Azərbaycanı sevirəm".
"Mən heç vaxt Azərbaycanı təhqir etmərəm. Belə bir şey mənim heç ağlımdan da keçməyib. Sadəcə, himnin başladığını başa düşməmişdim. Mən Azərbaycanı sevirəm".
