19 noyabr 2013 19:02
Ramaldanov: Qırğızıstanla oyunun nəticəsi bizim üçün pis alındı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov Qırğızısanla yoldaşlıq matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətrib:
"Bu, çox çətin oyun idi. İlk növbədə qazonun pis vəziyyətdə olmasına görə. Hücumda bizdə heç nə alınmırdı. Fikrimcə, Qırğızıstanla oyunun nəticəsi bizim üçün pis alındı".
