19 noyabr 2013 18:14
Rauf Əliyev: Buna oyun demək olmazdı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Qırğızıstanla görüş qolsuz başa çatdı. Bu oyunla bağlı nə deyə bilərsiz?
- Buna oyun demək olmaz.
- Buna oyun demək olmaz.
- Niyə?
- Birincisi, meydança pis gündə idi. Digər tərəfdən biz gənclərdən ibarət komandaların oynadığı topla oynamaq məcburiyyətində qalmışdıq. Hələ biz bu oyunu yaxşı ki, zədəsiz başa vurduq. Düzdü, bunları qələbə qazanmamağımıza görə özümüzə haqq qazandırmaq üçün demirəm.

- Bəs hakimlik?
- Hakimlik haqda mənim nəsə deyəcək sözüm yoxdu.

- Matçın gedişində siz Rüfət Dadaşovla nəyi bölüşə bilmirdiz?
- Oyunun gedişində hərdən belə hallar olur. Bu, futboldu. Bəzən tələsirsən, bəzən gecikirsən. Ona görə bir-birimizə irad bildirə bilərik. Burada ciddi heç nə yoxdu.

- İki oyunda cəmi bir heç-heçə: bu nəticəni necə qiymətləndirmək olar?
- Etiraf edim ki, deyəcək sözüm yoxdu. Biz çox istəyirdik ki, yaxşı oyun göstərək, qələbə qazanaq. Təəssüf ki, bunu həyata keçirməyimizə mane olan bəzi amillər var idi.