19 noyabr 2013 17:47
Rəvan Qarabağ üçün başladı
"Rəvan” Topaz Premyer Liqasının 14-cü turunda "Qarabağ”la qarşılaşacaq. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komanda 1 günlük istirahətdən sonra bu gün bu oyunun hazırlıqlarına başlayıb.
"Bayıl Arena”da baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıqda məlum zədəli futbolçulardan başqa, hamı iştirak edib. Qapıçıların ayrıca çalışdığı məşqdə Diniyev yetirmələrinə taktiki-texniki hazırlıqda keçib. Futbolçular təzyiq altında topu özündə saxlamaq, iti əks-hücumlar qurmaq üzərində işləyiblər. Məşqin sonunda isə cinah asmaları, standart vəziyyətlər üzərində çalışan futbolçular qapıya zərbələri məşq etməyi də yaddan çıxarmayıblar.
