19 noyabr 2013 17:38
14-cü turun 3 oyunu canlı yayımda
Topaz Premyer Liqasında 14-cü turun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş oyunları azarkeşlər canlı izləmək fürsəti qazanacaqlar:
Topaz Premyer Liqası
14-cü tur
22 noyabr (cümə)
“Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu, 14:20 (canlı, “İdman Azərbaycan”)
“Bakı” – “Xəzər Lənkəran”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00 (canlı, “İdman Azərbaycan”)
23 noyabr (şənbə)
“İnter” – “Neftçi”
Bakı. “Şəfa” stadionu, 15:00 (canlı, “İdman Azərbaycan”).
