19 noyabr 2013 16:40
Daha iki stadionumuz FIFA sertifikatı aldı
Azərbaycanın daha iki stadionu FIFA sertifikatı alıb. Azerisport.az xəbər verir ki, “Dalğa Arena” və “Sumqayıt Arena” iki ulduzlu FIFA sertifikatı ilə qiymətləndirilib.
Qeyd edək ki, bu stadionların meydanları VIP Sport Professional kompaniyası tərəfindən Limonta şirkətinin Promax S40 sintetik örtüyü ilə döşənilib.
