19 noyabr 2013 16:22
Ufuk Budak: Təəssüf ki, qələbə qazanmadıq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak Qırğızıstan yığmasına qarşı keçirilmiş yoldaşlıq görüşündəki heç-heçəyə (0:0) şərh verib. Azerisport.az xəbər verir ki, Budak bunları söyləyib:
“Belə meydanda oynamaq çətin idi. Ancaq buna baxmayaraq biz rəqib qapısı ağzında çoxluvəziyyətlər yaratsaq da, qol vura bilmədik. Təəssüf ki, qələbə qazanmadıq”.
