19 noyabr 2013 14:46
Bu gün Azərbaycanın rəqibləri oynayacaq
Bu gün 21 yaşadək gənclər arasında AÇ-2015-in təsnifat mərhələsinin 8-ci qrupunda növbəti oyunlar keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın da daxil olduğu bu qrupda Makedoniya yığması evdə Norveç yığmasını qonaq edəcək.
Komandaların qrupda vəziyyəti: Portuqaliya - 12 xal (4 oyun), İsrail - 9 xal (5 oyun), Azərbaycan - 4 xal (5 oyun), Makedoniya - 4 xal (3 oyun), Norveç - 3 xal (5 oyun).
