19 noyabr 2013 14:33
Syomin: Müqaviləni yeniləməyə tələsmək lazım deyil
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya yığmasının baş məşqçisi Fabio Kapello ilə müqavilənin mümkün uzadılması variantını ilə bağlı fikrini bildirib. Azerisport.az xəbər verir ki, Syomin əsas diqqəti Kapellonun yaşı üzərindən atıb.
“Kapellonun yaşı maneə deyil. Görüb-götürmüş, qələbələr qazanmış məşqçilərin çoxunda daxili güc, yeni başlayan 35 yaşlı mütəxəssislərdən çox olur. İşə, yeni nailiyyətlərə maraq əvvəlki kimi qalır. Kapello ilə müqaviləni yeniləməyə tələsmək isə başqa sualdır. Qoy təsnifat başa çatsın və dünya çempionatı hazırda futbolun hansı istiqamətdə olduğunu göstərəcək: italiyalı mütəxəssisin yaxud Qvardiola və Del Boske istiqamətində. Belə isə Kapello öz səyyar keyfiyyətləri ilə istənilən məşqçidən cavandır (ölkəni başdan-başa gəzib).
