19 noyabr 2013 13:50
Komanda yoldaşını təhqir edən futbolçuya 3 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan I Divizionunun 10-cu turunun “Lokomotiv” – “Kəpəz” matçında “Lokomotiv”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şuşa” – “Şəmkir” matçı başa çatdıqdan sonra “Şuşa”nın futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK – “Araz Naxçıvan” matçının 90+4-cü dəqiqəsində MOİK-in futbolçusu Zeynalabdin Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ağsu” – “Qaradağ Lökbatan” matçının 26-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Fərrux Rəhimov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
