19 noyabr 2013 14:52

Azərbaycan Qırğızıstan ilə sülh bağladı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti, eyni zamanda 2013-cü ildəki son matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız yoldaşlıq oyunu çərçivəsində Qırğızıstanın qonağı olub.
 
Bu komanda millimiz üçün tanış rəqib idi. Belə ki, Qırğızıstan bundan öncə bir dəfə Azərbaycan yığmasına rəqib olmuşdu. Həmin qarşılaşma 2007-ci ilin 11 martına təsadüf etmişdi. Çimkənddə keçirilən beynəlxalq turnir çərçivəsində qarşılaşan komandaların duelində qələbə Azərbaycan futbolçularına qismət olmuşdu - 1:0.
 
Elə bu oyunda da Azərbaycan yığması səfərdə oynamasına rəğmən, favorit göstərilirdi. Amma təəssüf ki, futbolçularımızın bütün cəhdlərinə baxmayaraq, qığrızlarla ilin son oyununda qələbə qazanmaq istəyimiz reallaşmayıb.
 
Yoldaşlıq oyunu
19 noyabr
 
Qırğızıstan - Azərbaycan - 0:0 (0:0)
Hakimlər: Artyom Kuçin, Sergey Vassyutim, Serik Jappasbayev (hamısı Qazaxıstan).
Bişkek. Dolen Omurzakov adına şəhər stadionu.
 
QIRĞIZISTAN: Pavel Matyaş, Valeri Kiçin, Tahir Avçiyev, Davron Əsgərov, Farux Abitov, Vadim Xarçenko, Maka Kum, Anatoli Vlasiçev, Ahletdin İsrailov, Xurşid Lutfullayev, Devid Tettex.
Ehtiyat oyunçular: Maksim Zinçenko, Ruslan Əmirov, Artur Mollacanov, Ariy Elayca, Əziz Sıdıqov, Əzəmət Baymatov, KayratJilqarbekoğlu, İldar Əmirov, İvan Filatov.
AZƏRBAYCAN: Səlahət Ağayev, Mahir Şükürov, Elnur Allahverdiyev, Rasim Ramaldanov, Bədavi Hüseynov, Rahid Əmirquliyev, İltər Taşkın, Vaqif Cavadov, Cihan Özkara, Rüfət Dadaşov, Rauf Əliyev.
Ehtiyat oyunçular: Vladimir Levin, Əli Gökdəmir, Ruslan Əmircanov, Pərdis Fərcad-Azad, Vurğun Hüseynov, Fərhad Vəliyev, Ufuk Budak, Cavid Hüseynov, Vüqar Nadirov, Maksim Medvedev, Anar Nəzirov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.