19 noyabr 2013 13:17
Vladimir Abramov: Azərbaycan yığması Rusiya səviyyəsindən aşağı yığmadır
Futbol agenti Vladimir Abramov Rusiya yığmasının Serbiya ilə yoldaşlıq oyunda heç-heçəsi (1:1) haqda danışarkən, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirilmiş oyunu da xatırlayıb. Azerisport.az xəbər verir ki, Abramov bunları söyləyib:
“Bəli, bizim bu il ilk dəfə doğrudan da əsl ciddi rəqiblə oynadığımızı demək olar. İrlandiya, İsrail, Lüksemburq, Azərbaycan - bütün bu yığmalar səviyyəcə aşağı idi. Serbiya isə, əksinə. Bu komanda, az qala bizim səviyyəmizdədir. Biz xüsusi heç nə göstərmədən oynadıq. Kapellonun o qədər də mütəmadi yığmaya çağırmadığı futbolçuların daha yaxşı oynayacağına ümid etmək olardı. Ancaq ikinci hissədə meydana çıxmış Tarasov, Ryazantsev, Yeşşenko da Smolov kimi oynayırdı. Smolov isə oyunda bir heç idi”.
