18 noyabr 2013 00:28

Əsgər Abdullayev: Foqts 6 il ərzində millimizdə heç bir dəyişiklik etməyib

Naxçıvanın "Araz" komandasının baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına açıqlamasında yığmanın son yoldaşlıq görüşləri, Berti Foqtsun müqaviləsi və seçmə mərhələnin yekunu barədə danışıb.
 
- Yığmanın son iki oyununu nə dərəcədə vacib saymaq olar?
- Yığmanın son görüşləri yoldaşlıq xarakteri daşıyır. Bu oyunlar məşqçilər üçün yeni futbolçuları yoxlamaq, rəqabət yaratmaq baxımından vacibdi. Əlbəttə, nəticə də az əhəmiyyətli deyil. Sadəcə, bu görüşlər heyəti sınaqdan keçirmək üçün lazımdı.
 
- Estoniya ilə oyun haqda nə deyə bilərsiz?
- Estoniyanı şişirtmək lazım deyil. Bu komandayla oynamaq mümkündü. Zəif rəqib deyil. Komandamız hesabı açsa da, sonda məğlub oldu. Matçı görmədiyimdən nəsə deməyə çətinlik çəkirəm.
 
- Bəzi məşqçilər Qırğızıstanın zəif olduğunu deyir...
- Zəif rəqib olmur. Digər mənada əgər komandamız onlardan güclüdüsə, bunu oyunda göstərməliyik. Hər bir şansı dəyərləndirmək lazımdı. Məşqçi üçün bu görüşlər yeni futbolçuları yoxlamaq üçün lazımdı. Uğurlu nəticə bizə yalnız FİFA reytinqində kömək olacaq. Bu reytinq isə nisbi anlayışdı. Ümumilikdə komandaya heç nə vermir.
 
- Ümumilikdə yığma üçün seçmə mərhələni necə qiymətləndirirsiz?
- 9 xal qənaətbəxş nəticədi. Amma futbolçularımız dünya və Avropa çempionatına vəsiqə uğrunda oynamır. Fikrimcə, artıq bu hədəflər uğrunda oynamaq lazımdı. Bu şəraitlə daha yaxşı nəticələr əldə etmək olar.
 
- Sizcə, AFFA Berti Foqtsu saxlamalıdı?
- Bu qərarı AFFA qəbul edəcək. Mən sadəcə fikir bildirə bilərəm. Məşqçini tez-tez dəyişmək yaxşı hal deyil. Amma baxaq görək 6 il ərzində komanda nəyə nail olub? 6 il kifayət qədər böyük zamandı. Bu qədər şans hər məşqçiyə verilmir. Foqts bu zaman ərzində böyük dəyişikliyə nail olmayıb.
 
- Milli yerli məşqçiyə tapşırılsın, yoxsa əcnəbi?
- Bu suala cavab verməyim düzgün olmaz. Yığmaya xeyir verəcək məşqçi olsun. Futbolçuların səviyyəsini yüksəltməklə yanaşı, rəqabət yaratmaq vacibdi. Seçmə mərhələnin oyunlarına nəzər salın. Ciddi dəyişiklik hiss olunmur. Nəticəni daha da yaxşılaşdırmaq olardı. 9 xal pis nəticə deyil, amma daha yaxşı ola bilərdi. Gərək Foqts nə etdi sualını özümüz özümüzə verək.
 
- Siz suala cavab vermədiniz - yerli məşqçi, yoxsa legioner?
- Mən istəyərdim ki millidə yerli məşqçi çalışsın. Ad çəkməyəcəm. Amma öz mütəxəssisimiz komandanı daha yaxşı tanıyır. Almana yaradılan şərait bizimkinə yaradılsa, ən azı bu nəticəni təkrarlamaq mümkündü. Azərbaycanda təcrübəli məşqçilər var. Bu şəraitlə daha böyük uğur qazanmaq olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.