18 noyabr 2013 12:33
Qırğızıstan yığmasının baş məşqçisi: Doğma divarlar qarşısında müsbət nəticə əldə etmək istərdik
Qırğızıstan yığmasının baş məşqçisi Sergey Dvoryankov sabah Bişkekdə Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Dvoryankov bunları söyləyib:
“Bu oyun bizim yığmamız üçün sonuncudur. Çempionatın mövsümü hələ dekabrın 15-də başlayıb (ötən il - qeyd). Bir çox futbolçularımız yorulub və məzuniyyət istəyir. Oyunun özü bizim üçün vacibdir. Doğma divarlar qarşısında yaxşı oyun göstərmək, müsbət nəticə qazanmaq istərdik”.
