18 noyabr 2013 12:15
Vaqif Qasımov: Hazırkı heyətlə böyük uğur qazanmaq olmaz
AZAL-ın vitse-prezidenti Vaqif Qasımov komandanın hazırkı mövsümdə uğursuz çıxışını azerisport.az saytına şərh edib.
“Uğursuz nəticələrə rəğmən komanda rəhbərliyi baş məşqçi dəyişikliyi haqda düşünmür. Vaqif Sadıqov nə edə bilər? O, əlinin altında olan materialdan maksimum bəhrələnir. Bu komanda ilə bundan artığına nal olmaq olmaz. Sadıqov müəyyən mövcud büdcəyə uyğun olaraq işini qurub. Bu səbəbdən yayda istədiyi kimi heyət qura bilməyib. Ola bilər ki, qış fasiləsində vəziyyət yaxşılaşsın”.
