18 noyabr 2013 20:30
Maka Kum: Qırğızıstan yığması Azərbaycan yığmasını məğlub edə biləcək gücdədir
Futbol üzrə Qırğızıstan yığmasının yarımmüdafiəçisi Maka Kum sabah keçiriləcək Qırğızıstan - Azərbaycan görüşü haqda fikirlərini azerisport.az saytına bölüşüb.
“Bizi oyununa baxdığımız güclü rəqib gözləyir. Ancaq mən inanıram ki, biz Azərbaycan yığmasını məğlub edə biləcək gücdəyik. Azərbaycanın Yaponiya, Cənubi Koreya və ya İrana qarşı necə oynayacağını demək çətindir. Düşünürəm ki, bu komandaları müqayisə etmək yersizdir”.
