18 noyabr 2013 20:00

Rahid Əmirquliyev: Qırğızıstanla oyuna köklənmə yetərlidir

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev sabah Bişkekdə keçiriləcək Qırğızıstan - Azərbaycan oyunu ilə bağlı azerisport.az saytına müsahibə verib.
 
Qırğızıstanla oyuna köklənmə çətin olacaq?
Düşünmürəm ki, problemlərimiz olacaq. Axı bu, ilin son oyunudur və hamı qələbə qazanmaq istəyir. Buna görə də Qırğızıstanla oyuna köklənməmiz yetərlidir.
 
Qırğızıstan yığması haqda nə deyə bilərsiniz?
Düzünü deyim, geniş məlumatım yoxdur.
 
Məqsəd birdir - qələbə. Həlli mümkün tapşırıqdır?
Futbolda hər şey ola bilər. Ancaq biz Bişkekə qələbə dalınca gedirik.
 
Tallin və Bişkekdəki oyunlara qarşınızda hansı məqsədi qoymuşdunuz?
Ancaq mütləq nəticə haqda düşünürdük - hər iki görüşdə qələbə qazanmaq. Estoniyada alınmadı. İnşallah, Qırğızıstanda alınar.
 
Niyə Azərbaycan yığması Estoniya yığmasına məğlub odu?
Birinci hissədə rəqibdən yaxşı görünürdük, ancaq ikinci hissdə zəif oynadıq. Ola bilər ki, futbolçular yorulub. Həm də orada meydan pis idi.
 
Orta xətdə Foqtsun “Tallin təcrübələri”nə təəccübləndiniz?
Kimi hara qoymaq məşqçinin qərarıdır. ən azca qabaqda hücumçuların altında oynayırdım. Çətin idi. Axı həmişə “dayaqçı” oynayıram. İkinci hissədə Ruslan Abışovla oynamağa başladım. Oyunun gedişində isə sağ cinaha keçdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.