18 noyabr 2013 19:05
Kəpəzin yeni baş məşqçisi bəlli oldu
“Kəpəz”in rəhbərliyi komandanın baş məşqçisi Vidadi Rzayevin istefasını qəbul edib. Azerisport.az xəbər verir ki, komandanı müvəqqəti olaraq klubun, həmçinin, millinin keçmiş oyunçusu Azər Məmmədov çalışdıracaq.
Hazırda “Kəpəz” məşqlərini davam etdirir. Yaxın vaxtlarda Məmmədov rəsmi olaraq komandanın baş məşqçisi təyin ediləcək.
