18 noyabr 2013 18:25
Kamran Quliyev: Bu, utanmaz, əsassız, heç nə ilə əsaslandırılmamış uydurmadı
“Sumqayıt” klubunun prezidenti Kamran Quliyev komandasının oyunçularının bir neçə ay əməkhaqqı almamağı barədə fikri azerisport.az saytına şərh edib.
“Utanmaz, əsassız, heç nə ilə əsaslandırılmamış uydurmadı ki, futbolçular artıq dörd aydır ki, əməkhaqqı almırlar. Bizdə əməkhaqqılar hər ayın 10-15-i aralığında verilir. Keçən həftə oktyabrı ayı üçün əməkhaqqını alıblar. Futbolçular bir qəpik də borclu deyilik. Klubun hətta mükafatlar üçün də borcu yoxdur. Cərimələrə gəlincə, həqiqətən də, bütün məşqçi qərargahı və futbolçular əməkhaqqını 30% az alıblar. Bu, əvvəlcədən komanda ilə razılaşdırılmışdı. Onlar sonuncu pilləyə düşəndə mən onları cərimə etmək istəyirdim. Ancaq onlar dörd oyunluq vaxt verilməsini istədilər. Onlar vəziyyəti düzəltməli idilər. Onlar bu vaxt ərzində sonuncu pilləni tərk edə bilmədilər və razılıq qüvvəyə mindi”.
