18 noyabr 2013 17:25
Berti Foqts: Eyni səhvi iki dəfə təkrarlamaq olmaz (VİDEO)
Sabah Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qarşılaşma ərəfəsində təşkil olunmuş mətbuat konfransında fikirlərini səsləndirib. Azerisport.az AFFA-ya istinadən alman mütəxəssisin fikirlərinin diqqətinizə çatdırır:
"Talllinndə pis oynamadıq. İki səhv etdik və estoniyalılar qələbə qazandı. Qol şanslarımız olsa da, istifadə edə bilmədik.
Qırğızıstanda olduğumuz üçün şadıq. Burada xoş münasibət gördük. Belə oyunlar bizə vacibdir.
Qırğızıstanda olduğumuz üçün şadıq. Burada xoş münasibət gördük. Belə oyunlar bizə vacibdir.
Futbol elə oyundur ki, hamı qələbə qazanmaq istəyir. Rəqib də qələbə üçün meydana çıxacaq, biz də. Sabah bəzi mövqelərdə yenə dəyişikliklər edəcəyəm. Hər bir futbolçu səhv edə bilər. Mənim də səhvim olur. Amma eyni səhvi iki dəfə təkrarlamaq olmaz".
(AFFA)
