18 noyabr 2013 16:55
Kamran Quliyev: Əgər Pərdis doğrudan da Azərbaycan himninə hörmətsizlik edibsə, biz onu cəzalandıracağıq
“Sumqayıt” klubunun prezidenti Kamran Quliyev Azərbaycan - Estoniya görüşü zamanı dövlət himnlərinin səsləndiyi an komandasının futbolçusu Pərdis Fərcad-Azadın saqqız çeynəməsinə münasibəti haqda fikrini azerisport.az saytına bildirib.
“Onun yığmadan qayıtmasını gözləyirəm. O təbiətcə elə bir adamdır ki, nə isə edibsə, bunu etiraf edəcək. Əgər Pərdis Azərbaycanın milli atributuna hörmətsizlik edibsə, bu halda klub onu mütləq cəzalandıracaq. Əgər sözlərini yaxşı bildiyi himnin ifası zamanı Pərdis saqqız çeynəyibsə, onda onu cərimə gözləyir. O, həqiqətən himni bilir. Biz ona himnin sözlərini vermişdik. Pərdis bunu öyrənməli idi”.
