18 noyabr 2013 16:44
Kobiaşvili: İnterə azarkeşlik etsəm də, Bakı klubuna keçmək haqda düşünmürəm
“İnter” - “Sumqayıt” yoldaşlıq matçını izləyənlər arasında tanınmış gürcü futbolçusu Levan Kobiaşvili də vardı. Azerisport.az xəbər verir ki, Berlin şəhərinin “Herta” klubunun oyunçusu "İnter"in rəsmi saytına müsahibə verib.
- Levan, öncə bilmək istərdik, sizi Bakıya gətirən nədi? Hansı səbəblərə görə bu matçı izləməyə gəldiniz?
- Buraya dostlarımı ziyarətə gəldim, daha dəqiq desəm, dostum Aleksandr İaşvilini görmək üçün Bakıya baş çəkdim. Onunla birlikdə hələ Tiflisin “Dinamo” komandasında oynamışıq, sonra Almaniyanın “Frayburq” klubunda çıxış etmişik. Bundan əlavə, birlikdə uzun müddət Gürcüstan milli komandasının şərəfini qorumuşuq. Mən Aleksandrla qardaş kimiyəm. Hazırda milli komandaların oyunlarıyla bağlı fasilə yaranıb və komandaya üç günlük istirahət verilib. Mən də bundan yararlanaraq istirahətimi yaxın dostumun yanında keçirməyi qərara aldım. Xəbər verdim ki, ona qonaq gəlirəm. Bax, beləcə Bakıda peyda oldum. Deyim ki, Almaniyada ayrı-ayrı klublarda çıxış etməyimizə baxmayaraq tez-tez bir-birimizə baş çəkirdik.

- Bakı şəhəri sizdə necə təəssürat oyatdı?
- Etiraf edim ki, sonuncu dəfə burada 10 il öncə olmuşam. Səmimi desəm, ötən müddət ərzində şəhərdə baş vermiş dəyişikliklərdən çox xoşum gəldi. Şəhər çox gözəl olub, burada çoxlu maraqlı yerlər var. Futbol sahəsində baş verən dəyişikliklərdən də xoşum gəldi. Bakıda çox sayda stadionlar istifadəyə verilib, burada bir çox rəqabətqabiliyyətli komandalar var ki, bu da yerli birinciliyin tərəqqəsinə kömək edir. Bu dəyişikliklər məni çox sevindirir. Xoşdu ki, Azərbaycanda belə şərait yaradılır.

- Azərbaycan futbolu barədə daha nə bilirsiz? Bəlkə İaşvili sizə müəyyən məlumat verib?
- Doğrusu, Azərbaycan milli komandası barədə çox məlumatım yoxdu. Lakin çempionatınız haqqında müəyyən məlumatım var. İnternetin köməyilə “İnter”in çıxışını izləyirəm. Aleksandr İaşvilinin oyununu izləməyə çalışıram. Dost münasibətdə olduğum Kaxaber Sxadadze komandanıza rəhbərlik edir. “İnter”in digər futbolçularını da tanıyıram. “İnter”ə azarkeşlik edirəm və komandanıza bu mövsümdə uğurlar arzulayıram.

- "Herta”da işləriniz necə gedir?
- Hazırda biz birinci Bundesliqada çıxış edirik. İşlər pis deyil. Bu mövsümün sonunda “Herta”yla müqavilə müddətim başa çatır. Ancaq hazırda bütün diqqətim bu komandaya yönəlib.

- Bəlkə müqavilə müddəti bitdikdən sonra İaşviliyə qoşulasız?
- Bilmirəm (gülür). Bu barədə hələlik düşünməmişəm. Öncə dediyim kimi, hazırda yalnız “Herta” barədə düşünürəm, sonra nə olacağını hələlik bilmirəm.