18 noyabr 2013 15:20
Hakimlərimiz UEFA Gənclər Liqasında
UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında bu mövsümdən etibarən təşkil olunan UEFA Gənclər Liqası turnirinin "D" qrupunda noyabrın 27-də keçiriləcək ÇSKA (Rusiya) - "Bayern" (Münhen, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Azerisport.az AFFA-ya istinadən xəbər verir ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Mehman Mahmudov kömək edəcəklər.
(AFFA)
