18 noyabr 2013 15:05
Artur Mollacanov: Azərbaycan yığması sürətli komandadır
Futbol üzrə Qırğızıstan yığmasının müdafiəçisi Artur Mollacanov azerisport.az saytına müsahibəsində sabah Bişkekdə Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.
“Biz Azərbaycan yığmasının bir neçə oyuna baxmışıq. Deyə bilərəm ki, sürətli və texnikalı komandadır. Ancaq meydanda hamı bərabərdir. Əminəm ki, doğma azarkeşlər qarşısında öz oyunumuzu göstərə bilərik”.
