18 noyabr 2013 14:45
Beş afrikalı Qəbələnin maraq dairəsində
“Qəbələ”nin seleksiyaçıları bu həftə Qanada olublar. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilmiş məlumata görə, Böyükağa Ağayev və İsmayıl Əliyev bu ölkədə bir neçə oyuna baxıblar.
Ümumilikdə “radarlar”ın təmsilçiləri beş futbolçunu diqqət mərkəzinə alıb. Futbolçuların klubları ilə danışıqlar aparılacağı planlaşdırılır. Məşqçi qərargahına xoş gələcək futbolçular qış fasiləsində komandaya dəvət alacaqlar.
