18 noyabr 2013 14:35
Kəpəz Vidadi Rzayevin istefasını qəbul etdi
"Kəpəz" rəhbərliyi baş məşqçi Vidadi Rzayevin istefasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, rəhbərlik Rzayevlə görüşərək məsələni müzakirə etmək niyyətindədi.
Bununla belə onun istefası qəbul ediləcək. Komanda müvəqqəti olaraq məşqçi Azər Məmmədova tapşırılıb. Hazırda Gəncə təmsilçisinə məşqləri o, keçir. Yaxın günlərdə onun baş məşqçi kimi təyinatı rəsmiləşə bilər.
