18 noyabr 2013 14:13
Berti Foqts qırğızlara imtina etdi
Bu gün noyabrın 19-da keçiriləcək Qırğızıstan - Azərbaycan yoldaşlıq oyuna həsr edilmiş mətbuat konfransında millimizin baş məşqçisi Berti Foqts diqqət mərkəzində olub. Azerisport.az xəbər verir ki, ilk olaraq QFF (Qırğızıstan futbol federasiyası) mətbuat konfransının daha çox tutuma malik Futbol evində keçirilməsini təklif etsə də, millimizin baş məşqçisi bundan imtina edib.
Berti Foqts mətbuat konfransının “Dolen Omurzakov” stadionunda keçirilməsini istəyib ki, burada jurnalistlər üçün yerlərin az olması diqqət çəkir.
