18 noyabr 2013 14:11
Berti Foqts: Reynaldonun Azərbaycan yığmasında oynamaq istəyi varsa, AFFA-ya müraciət etsin
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldonun mümkün milliləşdirilməsi haqda fikrə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“Bu qərarı AFFA qəbul edir. Şəxsən mənim çox arzum var. Hamısını yerinə yetirmək olmaz. Əgər oyunçunun öz istəyi varsa, o, müvafiq qərarların qəbul edildiyi AFFA-ya müraciət edə bilər”.
